3 Aylıq Təcrübə Proqramı II Məzunları (2026)
← Geri Cover

3 Aylıq Təcrübə Proqramı II Məzunları (2026)

Müəllif: Psyche Psychology Center | Tarix: 2026-07-05


Mərkəzimizin gənc mütəxəssislərin peşəkar hazırlığını təmin etmək və nəzəri bilikləri təcrübəyə çevirmək məqsədilə ardıcıl olaraq həyata keçirdiyi layihələrin davamı olaraq, 3 aylıq intensiv Təcrübə Proqramı II uğurla başa çatmışdır.
Proqrama qəbul olunan iştirakçılar, 3 ay ərzində ixtisas mövzuları üzrə strukturlaşdırılmış mühazirələrdə, genişmiqyaslı praktiki seminarlarda, çoxsaylı keys analizlərində və roll-play-lərdə fəal iştirak etmişlər. Bu müddət ərzində proqram iştirakçıları həm uşaq və yeniyetmə, həm də yetkin yaş qrupları üzrə klinik və konsultativ keysləri dərindən incələmiş, fərqli yaş dövrlərinə uyğun terapevtik yanaşmaları praktiki olaraq mənimsəmişlər. Keçirilən intensiv roll-play-lər və praktiki məşğələlər təcrübəçilərə seans idarəetməsi mexanizmlərini, diaqnostik kriteriyaları və sahəvi etika qaydalarını mənimsəmək imkanı yaratmışdır. Qazanılan bu zəngin praktiki təcrübə fərqli yaş qrupları ilə işləyəcək gənc həmkarlarımızın gələcəkdə müstəqil fəaliyyət göstərmələrinə və sahəvi adaptasiya prosesini sürətləndirmələrinə böyük zəmin yaratmışdır. Tədris və təcrübə prosesini müvəffəqiyyətlə tamamlayaraq sertifikat almağa haqq qazanan məzunlarımızı təqdim edirik:
1. Aysel Hüseynova – Bakı Dövlət Universiteti
2. Elmira Məmmədli – Xəzər Universiteti
3. Hurimələk Bayramova – Azərbaycan Dillər Universiteti
4. Jalə Mehtiyeva – Azərbaycan Universiteti
5. Xədicə Əkbərli – Bakı Dövlət Universiteti
Proqram müddətində göstərdikləri yüksək məsuliyyət, öyrənmək həvəsi və peşəkar yanaşma üçün hər bir iştirakçıya təşəkkürümüzü bildiririk. Bizimlə bu yolda bərabər olan gənc həmkarlarımızın hər birinə gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, onlar mərkəzimizdə qazandıqları təcrübə ilə sahənin uğurlu mütəxəssisləri kimi yetişəcəklər. Peşəkar fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.
PSYCHE Psixologiya mərkəzi