"Utanc və Sosial Qorxu" Psixologiya Forumu — Событие
Фото события

"Utanc və Sosial Qorxu" Psixologiya Forumu

📅 31.05.2026
📍 Nizami Kino Mərkəzi
💰 45,00 ₼
Müasir dünyada fərdin öz potensialını reallaşdırması, sosial mühitə adaptasiyası və peşəkar uğurları təkcə onun intellektual göstəricilərindən deyil, həm də emosional dayanıqlığından asılıdır. İnsan davranışını və qərarvermə mexanizmlərini dərindən zədələyən, fərdi izolyasiyaya sürükləyən ən aktual emosional maneələrdən ikisi: utanc hissi və sosial qorxudur.

Psyche Psychology Center bu aktual mövzunun elmi və klinik köklərini işıqlandırmaq məqsədilə, 31 may 2026-cı il tarixində, saat 11:00-dan 15:00-dək Nizami Kino Mərkəzində genişmiqyaslı "Utanc və Sosial Qorxu" Psixologiya Forumunu təşkil edir. Forum, mövzuya vahid tərəfdən deyil, fərqli fənlərin və peşə sahələrinin kəsişməsində multidissiplinar formatda yanaşaraq problemin həm elmi, həm də praktik həlli yollarını təqdim edəcəkdir.


Multidissiplinar Elmi Proqram və Klinik Çıxışlar:

Forumun əsas hədəfi utanc hissi və sosial təşviş problemlərini klinik, neyrobioloji və koqnitiv aspektlərdən analiz etmək, iştirakçılara həm akademik mühitdə, həm də gündəlik həyatda tətbiq edilə bilən psixoedukativ (psixomaarifləndirici) biliklər ötürməkdir. Tədbirin elmi-klinik hissəsində elmi-klinik təqdimatların yer aldığı tək çıxışlar və praktik workshoplar vasitəsilə sahənin aparıcı mütəxəssisləri çıxış edəcəklər.

Psixiatr Orxan Fərəcli: "Çəkingən Şəxsiyyət Pozuntusu" çərçivəsində özünü dərin izolyasiya və patoloji çəkingənliklə büruzə verən klinik halların differensial diaqnostikasından bəhs edəcək.

Klinik psixoloq Qumru Şərifova: "Utanc və sosial qorxu: Neyrobioloji, fizioloji və davranışsal perspektivlər" mövzusunda problemin bioloji və somatik köklərini təhlil edəcək.

Psixoloq Lamiyə Miryaqubova : "Sosial fobiyada təhlükəsizlik davranışları və CBT müdaxilələri" mövzusunda sosial təşviş anında fərdlərin sığındığı disfunksional mexanizmləri və Koqnitiv Davranış Terapiyasının effektiv həlli yollarını təqdim edəcək.

Uşaq və yeniyetmə psixoloqu Leyla Sultanova: "Uşaq və yeniyetmələrdə sosial qorxunun ailə sistemi ilə əlaqəsi" mövzusunda erkən yaş dövrlərində rast gəlinən ünsiyyət çətinliklərini və böyümə mühitinin bu qorxulara təsirini işıqlandıracaq.


Panel Müzakirəsi: "Sosial Utanc: Akademik, Sosial və Peşəkar Həyatda Maneələr"

Forumun ən interaktiv və fərqli baxış bucaqlarını bir araya gətirən hissəsi psixologiya, sənət, biznes və təhsil idarəetməsinin kəsişməsində qurulmuş xüsusi panel müzakirəsi olacaqdır. Çünki sosial qorxu yalnız klinik kabinetlərin mövzusu deyil; o, iş mühitində, səhnədə, idarəetmədə və təhsildə özünü birbaşa büruzə verir.Bu paneldə fərqli sektorların rəhbərləri və sənət adamları sosial utancın real həyatdakı fəsadlarını müxtəlif aspektlərdən müzakirə edəcəklər:

Zaur Qasımlı ("Tağıyev" layihəsinin quruluşçu rejissoru): Kamera qarşısında və sosial mühitdə insan davranışlarının dəyişməsi, utanc hissinin yaradıcılıq potensialına, sənətə və peşəkar fəaliyyətə təsiri barədə fikirlərini bölüşəcək.

Emin Kərimov ("RealDent" MMC-nin icraçı direktoru): İş mühitində özünüifadədə yaranan maneələr, kollektiv daxilində ünsiyyət böhranları, təqdimatlar zamanı yaranan performans təşvişi, eləcə də sosial qorxunun korporativ liderlik bacarıqlarına, komanda münasibətlərinə və qərarvermə prosesinə neqativ təsirlərini praktik nümunələrlə izah edəcək.

Elçin Məmmədov (ADA Universitetinin Kitabxana və İnformasiya Xidmətləri şöbəsinin müdiri): Sosial qiymətləndirilmə qorxusunun akademik fəaliyyətə, fərdin özünü təsdiq etmə və peşəkar inkişaf prosesinə vurduğu zərərləri təhlil edəcək, həmçinin təhsil mühitində "psixoloji təhlükəsizlik hissinin" formalaşdırılması və sağlam ünsiyyət bacarıqlarının inkişafı yollarını təqdim edəcək.


Praktik Workshoplar və Tətbiqi Məşğələlər

Workshoplar və tətbiqi məşğələlər forumun nəzəri elmi proqramını praktik müstəviyə daşıyaraq iştirakçılara daxili maneələri aşmaq üçün real alətlər qazandıracaq. Bəzən insan danışmaqdan yox, başqalarının onu necə görəcəyindən və qiymətləndirəcəyindən qorxur. Forumun elmi proqramını tamamlayan bu xüsusi praktik məşğələdə sosial görünürlük, qiymətləndirilmə qorxusu, daxili gərginlik və fərdin özünü mühitdən gizlətmə mexanizmləri real keyslər üzərində praktik şəkildə təhlil ediləcəkdir. İştirakçılar mütəxəssis rəhbərliyi ilə keçirilən bu interaktiv seansda sosial təşviş anlarını idarə etmək, performans qorxusu ilə mübarizə aparmaq və somatik reaksiyaları tənzimləmək üçün gündəlik və peşəkar həyatda dərhal tətbiq edilə bilən praktik psixoedukativ texnikalara yiyələnəcəklər

Forumun Əsas Hədəfi: Sosial təşviş və utancın yaratdığı daxili maneələri elmi şəkildə anlamaq, qiymətləndirilmə qorxusu ilə mübarizə aparmaq və fərdlərin həm peşəkar, həm də şəxsi həyatda öz real potensialını ortaya çıxarmasına kömək etməkdir. Tədbir həm psixologiya sahəsində çalışan mütəxəssislər, həm də mövzu ilə maraqlanan geniş auditoriya üçün nəzərdə tutulub.

Qeydiyyat linki:

https://forms.gle/5tLwWpp9TkaQo6BF9
Geriyə
PSYCHE Psixologiya mərkəzi