🎓 Case Analizi və Rol-Play Yay Məktəbi
📅 18.07.2026
📍 Yusif Vəzir Çəmənzəminli 18A; SAF hospital; 6-cı mərtəbə; 605-ci otaq
💰
100,00 ₼
Psixoloqlar və psixologiya tələbələri üçün praktik psixoterapevtik bacarıqların inkişaf proqramı
Psixologiya sahəsində nəzəri biliklərinizi praktik bacarıqlarla gücləndirmək istəyirsiniz? Sizi 1 aylıq intensiv Yay Məktəbinə dəvət edirik!
Bu proqram iştirakçılara real klinik situasiyaların təhlili, psixoterapevtik düşüncə tərzinin formalaşdırılması və rol-play (rol oyunu) məşğələləri vasitəsilə praktik bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq. Təlim müddətində müxtəlif keyslər üzərində işləyəcək, terapevt və danışan rollarında çıxış edəcək, peşəkar geribildirim alacaq və psixoterapiya prosesini praktik şəkildə təcrübədən keçirəcəksiniz.
Kimlər iştirak edə bilər?
• Psixoloqlar və gənc mütəxəssislər
• Psixologiya ixtisası üzrə bakalavr və magistr tələbələri
• Praktik bacarıqlarını inkişaf etdirmək istəyən hər kəs
Tədris İstiqamətləri və İştirak Şərtləri:
Case Analizi və Role-Play Məktəbi Proqramı çərçivəsində təklif olunan tədris istiqamətləri və müvafiq iştirak haqları aşağıdakı qaydada tənzimlənmişdir:
• Uşaq və Yeniyetmə Psixologiyası istiqaməti üçün ödəniş 100 AZN
• Yetişkin Psixologiyası istiqaməti üçün ödəniş 100 AZN
• Qarışıq istiqamət (Həm uşaq/yeniyetmə, həm də yetişkin psixologiyasına aid geniş spektrli keysləri özündə birləşdirir) üçün ödəniş 150 AZN təşkil edir.
Qeyd olunan paketlər hər bir istiqamət üzrə ayrıca müəyyən olunmuşdur. İştirakçılar öz peşəkar maraqlarına və ixtisaslaşma sahələrinə uyğun olaraq müvafiq paketi seçməkdə sərbəstdirlər.
Əlaqə və qeydiyyat: +994 10 326 49 24
Geriyə