Ən çox verilən suallar | Psyche Psixologiya Mərkəzi

Ən çox verilən suallar (FAQ)

Psixoloji xidmətlərimiz haqqında ən çox verilən suallara cavablar

Biz fərdi psixoloji seanslar, uşaq və yeniyetmə, cütlük və ailə terapiyası, qrup terapiyaları, psixoloji kitab analizləri, seminarlar və korporativ psixoloji dəstək xidmətləri təqdim edirik.

Seanslar həm üz-üzə, həm də onlayn formatda mümkündür. Sizə uyğun olan formatı seçə bilərsiniz.

Standart fərdi seans 50 dəqiqə və ya 1 saatdır. Qrup terapiyaları və seminarların müddəti mövzuya görə dəyişə bilər.

Bu, sizin ehtiyaclarınıza, məqsədlərinizə və vəziyyətinizin mürəkkəbliyinə görə müəyyən edilir. İlk görüşdə psixoloqunuzla birlikdə plan hazırlanır.

Bəli. Biz beynəlxalq etik kodekslərə uyğun olaraq danışanın məxfiliyini qoruyuruq. İcazəniz olmadan heç bir məlumat paylaşılmır (qanunla tələb olunan hallar istisna olmaqla).

İlk görüşdə siz özünüz və mövcud vəziyyətiniz haqqında məlumat verirsiniz. Psixoloq sizi dinləyir, ehtiyaclarınızı qiymətləndirir və terapiya planı haqqında danışır.

Psixoloq dərman yazmır, daha çox psixoterapiya metodları ilə işləyir. Psixiatr isə tibbi təhsil almış mütəxəssisdir və dərman təyin edə bilər.

Mərkəzimiz uşaqlar, yeniyetmələr, gənclər və böyüklərlə işləyir.

Bizimlə telefon, WhatsApp və ya sosial şəbəkə hesablarımız vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Terapiyanın uğuru bir neçə faktordan asılıdır: danışanın motivasiyası, davamlılıq, seçilən metodun uyğunluğu və terapevt-danışan əməkdaşlığı.