Leyla Sultanova

Haqqında

Leyla Sultanova

Uşaq və Yeniyetmə Psixoloqu

Uşaq və Yeniyetmə Psixoloqu | Pedaqoq | CBT-Terapist | Təlimçi | EQ üzrə Mütəxəssis. Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə ali təhsil almışam.

Peşəkar fəaliyyətimdə Rasional Emosional və Koqnitiv Davranışçı Terapiya (REBT/CBT) metodlarından istifadə edirəm. Bu yanaşmalar uşaqların və yeniyetmələrin mənfi düşüncə və davranış modellərini dəyişdirməyə, emosional tənzimləmə bacarıqlarını inkişaf etdirməyə və psixoloji dayanıqlıq qazanmalarına kömək edir.

Təcrübəmdə Oyun Terapiyası və Rasional Emosional & Koqnitiv Davranışçı Oyun Terapiyası metodlarını da tətbiq edirəm. Bu metodlar uşaqların özlərini ifadə etmələrinə və daxili dünyalarını anlamağa imkan yaradır.

Eyni zamanda, emosional intellekt (EQ) üzrə təlimlər keçir və valideynlərə, müəllimlərə və digər mütəxəssislərə bu sahədə dəstək verirəm. İstifadə etdiyim metodikalar üzrə beynəlxalq təlimləri tamamlamış və müvafiq akkreditasiya meyarlarını təmin etmişəm. Əlavə olaraq superviziyalı praktikalara və sertifikatlaşdırılmış konsultasiyalara qatılmışam.

Leyla Sultanova

Fərdi terapiya uşaq və yeniyetmə

  • Tək seans — 50 AZN
Əlaqə saxla

Ailə terapiyası

  • Tək seans — 80 AZN
Əlaqə saxla

Qrup terapiyası

  • 4 görüş — 120 AZN
Əlaqə saxla