Psixoloji test | Psyche Psixologiya Mərkəzi

🧠 Psixoloji test

Suallara cavab verərək özünüzü daha yaxşı tanıyın.

Sual 1

Özümü kədərli və sıxıntılı hiss etmirəm
Özümü bəzən kədərli və sıxıntılı hiss edirəm
Demək olar ki, hər zaman kədər və sıxıntı içindəyəm, bundan qurtula bilmirəm
O qədər kədərli və sıxıntılıyam ki, artıq dözə bilmirəm

Sual 2

Gələcək haqqında ümumiyyətlə mənfi düşünmürəm
Gələcək haqqında bir qədər ümidsizəm
Gələcəkdən heç nə gözləmirəm
Gələcəyimlə bağlı tamamilə ümidsizəm, heç nə düzəlməyəcək kimi hiss edirəm

Sual 3

Özümü uğursuz biri hesab etmirəm
Digərlərinə nisbətən daha çox uğursuzluqlarım olduğunu düşünürəm
Keçmişimə baxanda, çoxlu uğursuzluqlarla dolu olduğunu görürəm
Özümü tamamilə uğursuz biri hesab edirəm

Sual 4

Həyatdan əvvəlki kimi zövq alıram
Əvvəlki qədər hər şeydən həzz almıram
Artıq heç bir şey mənə zövq vermir
Həyatda heç nədən zövq almıram, hər şey mənə cansıxıcı gəlir

Sual 5

Özümü günahkar hiss etmirəm
Bəzən özümü günahkar hiss edirəm
Tez-tez özümü günahkar hiss edirəm
Demək olar ki, hər zaman özümü günahkar hiss edirəm

Sual 6

Özümü cəzalandırılmış kimi hiss etmirəm
Cəzalandırıla biləcəyimi düşünürəm
Cəzalandırılmağı gözləyirəm
Artıq cəzalandırıldığımı hiss edirəm

Sual 7

Özümlə razıyam
Özümə qarşı bir qədər narazılığım var
Özümə görə çox qəzəblənirəm
Özümə nifrət edirəm

Sual 8

Başqalarından daha pis biri olduğumu düşünmürəm
Zəif tərəflərim və səhvlərim üçün özümü tənqid edirəm
Hər səhv üçün özümü günahlandırıram
Hər uğursuzluq və pis hadisə üçün özümü məsul hesab edirəm