Haqqında
Ramil Nəzərəliyev– Psixoloq
Psixologiya üzrə əsas təhsilimi Bakı Dövlət Universitetində almışam. Peşəkar inkişafımı dünyada elmi əsaslılığı qəbul edilmiş terapiya yanaşması olan Koqnitiv Davranış Terapiyası (CBT) üzrə beynəlxalq səviyyədə akkreditasiyalı və superviziyalı təlimlərlə davam etdirmişəm.
Əsas məqsədim dəyişikliyə nail olmaq üçün real həyata uyğun strategiyalar təklif etməkdir.
Tək fərdi terapiya seansları ilə məhdudlaşmayaraq, psixoloji mövzularda (məsələn: təşviş, stress idarəetməsi, özünə inam) seminarlar keçirirəm :
1. AR. Şəhid Əlil və Veteranlar Birliyi
2. Asan Xidmət
3. Tələbə Psixoloqlar Cəmiyyəti
4. Gənc Psixoloqlar İctimai Birliyi
Fəaliyyətim həm praktiki (terapevt), həm də nəzəri (araşdırmaçı) aspektləri əhatə edir ki, bu, daim ən yeni elmi məlumatlarla işləməyə və peşəkar inkişafımı davam etdirməyə imkan verir.
Məqsədim düşüncə, hiss və davranışlar arasındakı əlaqəni əsas götürərək, fərdlərin daha funksional və sağlam həyat tərzi qurmasına dəstək olmaqdır.
Ramil Nəzərəliyev
WhatsApp