Xidmətlərimiz | Psyche Psixologiya Mərkəzi

Xidmətlərimiz

Psyche Psixologiya Mərkəzi olaraq məqsədimiz elmi əsaslara söykənən, etik prinsiplərlə idarə olunan və fərdi ehtiyaclara uyğun psixoloji dəstək göstərməkdir.

Fərdi Psixoterapiya

Fərdi Psixoterapiya

Hər bir insanın həyat təcrübəsi, emosional ehtiyacları və problemlə başa çıxma üsulları fərqlidir. Fərdi psixoterapiya seanslarında məqsəd – şəxsin daxili dünyasını daha dərindən anlamaq, duyğusal tarazlığı bərpa etmək və həyat keyfiyyətini artırmaqdır.

Cütlük və Ailə Terapiyası

Münasibətlərdə anlaşılmazlıqlar, emosional uzaqlaşma və ya ünsiyyət problemləri zamanla yığılaraq qarşılıqlı inamı zəiflədə bilər. Bu terapiya bir-birini dinləmə və anlama bacarığını gücləndirməyə, münasibətləri sağlam əsasda qurmağa kömək edir.

Cütlük və Ailə Terapiyası
Uşaq və Yeniyetmə Psixologiyası

Uşaq və Yeniyetmə Psixologiyası

Uşaq və yeniyetmələrin duyğusal və davranış çətinlikləri çox vaxt daxili narahatlıqların göstəricisidir. Məqsəd – emosional tənzimləmə, sosial bacarıqların gücləndirilməsi və özünə inamın formalaşdırılmasıdır.

Qrup Terapiyaları

Qrup terapiyası insanın tək olmadığını dərk etməsinə, paylaşma və anlaşıldığını hiss etməsinə imkan yaradır. Bu formatda iştirakçılar oxşar təcrübələri bölüşərək bir-birindən öyrənir və sosial dəstək alır.

Qrup Terapiyaları
Korporativ Psixoloji Xidmətlər

Korporativ Psixoloji Xidmətlər

Təşkilatlar üçün psixoloji təlimlər, motivasiya proqramları və stress idarəetməsi üzrə seminarlar təqdim olunur. Məqsəd — komanda ruhunu gücləndirmək və daha məhsuldar iş mühiti yaratmaqdır.

Korporativ Psixoloji Xidmətlər

Psixoloji Təlimlər və Seminarlar

Psixoloji maarifləndirmə fərdi və kollektiv rifahın vacib hissəsidir. Təlim və seminarlarımızda iştirakçılar psixoloji biliklərini artırır , özünüdərk və emosional tənzimləmə bacarıqları qazanırlar. Mövzular real həyat ehtiyaclarına əsaslanır – stressin idarəsi, kommunikasiya, münasibətlər, empati, motivasiya və daha çox..

Korporativ Psixoloji Xidmətlər

Tələbələr üçün Təcrübə Proqramı

Psixologiya ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilən təcrübə proqramı nəzəri biliklərin praktik təcrübə ilə inteqrasiyasını təmin edir. Proqramın məqsədi gənc mütəxəssislərdə müşahidə bacarığı, etik davranış prinsiplərinə riayət və peşəkar terapevtik yanaşma formalaşdırmaqdır . Təcrübə müddətində tələbələr fərdi və qrup seanslarını izləyir, elmi-praktik müzakirələrdə iştirak edir və superviziya dəstəyi alırlar.

Korporativ Psixoloji Xidmətlər

Psixoloji Kitab və Film Analizləri

Psixoloji baxımdan əhəmiyyətli kitab və filmlərin analizi insan davranışı, emosional dinamika və sosial qarşılıqlı münasibətlərin daha dərindən anlaşılmasına yönəlmiş elmi-analitik fəaliyyətdir . Bu analizlər həm psixoloqlar, həm də psixologiya ilə maraqlanan şəxslər üçün nəzəri biliklərin praktik kontekstdə tətbiqinə şərait yaradır.

Korporativ Psixoloji Xidmətlər

Valideyn Klubu

Valideynlərin psixoloji maariflənməsi, dəstəklənməsi və övladlarının inkişaf prosesində daha güvənli hiss etməsi məqsədilə yaradılan Psyche Valideyn Klubu həm nəzəri, həm də praktiki biliklərin paylaşılması üçün interaktiv platformadır. Klubda iştirak edən valideynlər tərbiyə ilə bağlı çətinliklərə elmi yanaşmalar əsasında baxma imkanı əldə edir, övladlarının emosional və davranış inkişafını daha dərindən anlamağa yönəlirlər.

Bizimlə əlaqə saxlayın

Sualınız var? Seans təyin etmək və ya xidmətlərimiz barədə ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.

Əlaqə səhifəsi WhatsApp