Psixoloji testlər | Psyche Psixologiya Mərkəzi

Psixoloji testlər

Özünüzü daha yaxşı tanımaq və emosional vəziyyətinizi qiymətləndirmək üçün testlərdən keçin.

Borderline Şəxsiyyət Pozuntusu Şkalası

Borderline Şəxsiyyət Pozuntusu Testi, borderline şəxsiyyət xüsusiyyətlərini qiymətləndirən 51 maddədən ibarət inventardır. Suallar “Doğru” və “Yanlış” cavab variantları ilə cavablandırılır.

Testi keç
Liebowitz Sosial Fobiya Simptomları Şkalası

Liebowitz Sosial Fobiya Simptomları Şkalası (LSAS) sosial vəziyyətlər və performans tələb edən situasiyalar zamanı şəxsin yaşadığı qorxu/narahatlıq və qaçınma davranışlarını qiymətləndirmək üçün istifadə olunur. Şkala 24 situasiyadan ibarətdir. Hər situasiya iki ayrı göstərici üzrə qiymətləndirilir: Qorxu/narahatlıq: 0–3 bal Qaçınma: 0–3 bal Şəxs əvvəlcə həmin vəziyyətin onda nə qədər qorxu və ya narahatlıq yaratdığını, daha sonra isə həmin vəziyyətdən nə dərəcədə qaçdığını qiymətləndirir. Qorxu/narahatlıq: 0 — Heç yoxdur 1 — Yüngül 2 — Orta 3 — Güclü Qaçınma: 0 — Heç vaxt 1 — Bəzən 2 — Çox vaxt 3 — Demək olar ki, həmişə

Testi keç
Maudsley OKP Testi 

Test obsessiv düşüncələr və kompulsiv davranışlarla bağlı simptomların nə dərəcədə ifadə olunduğunu müəyyənləşdirməyə kömək edir. Nəticələr diaqnoz qoymaq üçün deyil, simptomların ilkin qiymətləndirilməsi və mütəxəssisə müraciət ehtiyacının müəyyənləşdirilməsi üçün istifadə olunur.

Testi keç
Təşviş Pozuntusu Testi

Son bir həftə ərzində, sizi narahat edən dərəcədə aşağıdakı halları yaşayıb-yaşamadığınızı qiymətləndirin.

Testi keç
Beck Depressiya Testi

Aşağıdakı ifadələri oxuyun və bugün də daxil olmaqla, son bir həftə ərzində özünüzü necə hiss etdiyinizi ən yaxşı təsvir edən cümləni seçin. Əgər bir neçə cümlə sizə uyğundursa, ən uyğun olan variantı qeyd edin.

Testi keç