Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Baxış
Geri Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Baxış

Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Baxış

Müəllif: Psyche Psychology Center · Tarix: 2026-10-07

Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə 25 oktyabr tarixində Obsessiv-Kompulsiv Pozuntuya (OKP) həsr olunmuş böyük elmi simpozium keçiriləcək.

Simpozium çərçivəsində Obsessiv-Kompulsiv Pozuntu mövzusu müasir elmi yanaşmalar əsasında psixiatriya, psixologiya, neyrobiologiya və klinik praktika istiqamətlərini əhatə edən multidissiplinar prizmadan nəzərdən keçiriləcək. Tədbirdə sahənin aparıcı mütəxəssisləri OKP-nin diaqnostik xüsusiyyətləri, neyrobioloji əsasları, uşaqlarda və yeniyetmələrdə klinik təzahürləri, ailə dinamikası və müalicə yanaşmaları ilə bağlı bilik və təcrübələrini iştirakçılarla bölüşəcəklər.

Simpoziumun əsas mövzuları

Simpozium psixoloqlar, psixiatrlar, psixoterapevtlər, həkimlər, tələbələr və digər psixi sağlamlıq mütəxəssisləri üçün nəzərdə tutulmaqla yanaşı, OKP mövzusu ilə maraqlanan hər kəs üçün də faydalı və praktik məlumat mənbəyi olacaq.

Tədbir haqqında

Tarix: 25 oktyabr
Saat: 10:00–15:00
Məkan: Nizami Kino Mərkəzi

Yerlərin sayı məhduddur. Simpoziumda iştirak etmək üçün biletinizi əvvəlcədən əldə etməyiniz tövsiyə olunur.

Biletləri iTicket platforması üzərindən əldə edə bilərsiniz: https://iticket.az/events/seminar/obsessive-compulsive-disorder-a-multidisciplinary-approach-to-diagnosis-and-treatment