Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Obsessiv-Kompulsiv Pozuntu: müalicə və diaqnostikaya multidissiplinar baxış” adlı beynəlxalq elmi simpozium keçirilib
Geri Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Obsessiv-Kompulsiv Pozuntu: müalicə və diaqnostikaya multidissiplinar baxış” adlı beynəlxalq elmi simpozium keçirilib

Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Obsessiv-Kompulsiv Pozuntu: müalicə və diaqnostikaya multidissiplinar baxış” adlı beynəlxalq elmi simpozium keçirilib

Müəllif: Psyche Psychology Center · Tarix: 2026-10-27

Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Obsessiv-Kompulsiv Pozuntu: müalicə və diaqnostikaya multidissiplinar baxış” adlı elmi simpozium keçirilib.

Obsessiv-Kompulsiv Pozuntunun (OKP) diaqnostikası, klinik xüsusiyyətləri və müalicəsinə həsr olunan simpozium müxtəlif sahələrdən olan mütəxəssisləri, psixoloqları, psixi sağlamlıq üzrə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələrini bir araya gətirib.

Tədbirin əsas məqsədi OKP haqqında elmi biliklərin genişləndirilməsi, müasir diaqnostik və müalicə yanaşmalarının müzakirəsi, eləcə də multidissiplinar əməkdaşlığın təşviq edilməsi olub.

Simpozium çərçivəsində OKP-nin DSM-5-TR diaqnostik meyarları və diferensial diaqnostikası, pozuntunun neyrobioloji əsasları və kortiko-striato-talamo-kortikal dövrələri, Tourette sindromu və tiklərin kompulsiyalardan fərqləndirilməsi, uşaq və yeniyetmələrdə farmakoterapiya və müalicə prosesinin monitorinqi, ailə uyğunlaşması (family accommodation), eləcə də klinik müşahidələr kimi aktual mövzular ətraflı şəkildə müzakirə olunub.

Tədbir iştirakçılara elmi bilik və peşəkar təcrübə mübadiləsi aparmaq, aktual klinik məsələlərə müxtəlif perspektivlərdən yanaşmaq və sahə üzrə yeni yanaşmalarla tanış olmaq imkanı yaradıb.

Simpoziumun beynəlxalq əhəmiyyəti onun International OCD Foundation (IOCDF) tərəfindən dəstəklənməsi ilə daha da güclənib. Təşkilat simpoziumun keçirilməsinə dəstəyini ifadə etməklə yanaşı, tədbir haqqında məlumatı rəsmi internet səhifəsində yayımlayıb və öz tədbirlər təqviminə daxil edib.

Bu dəstək OKP haqqında maarifləndirmənin artırılması, elmi əsaslı məlumatların yayılması və sübutlara əsaslanan psixoloji və tibbi xidmətlərə çıxışın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Psyche Psixologiya Mərkəzi psixi sağlamlıq sahəsində elmi biliklərin yayılması, peşəkar inkişafın dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Psyche Psychology Center has successfully held a scientific symposium entitled “Obsessive-Compulsive Disorder: A Multidisciplinary Perspective on Diagnosis and Treatment.”

Dedicated to the diagnosis, clinical features, and treatment of Obsessive-Compulsive Disorder (OCD), the symposium brought together specialists from various disciplines, psychologists, mental health professionals, and members of the scientific community.

The primary aim of the event was to expand scientific knowledge of OCD, explore contemporary diagnostic and treatment approaches, and promote multidisciplinary collaboration in the field of mental health.

Throughout the symposium, participants engaged in in-depth discussions on a range of relevant topics, including DSM-5-TR diagnostic criteria and differential diagnosis of OCD, the neurobiological foundations of the disorder and cortico-striato-thalamo-cortical circuits, distinguishing Tourette syndrome and tics from compulsions, pharmacological treatment and monitoring in children and adolescents, family accommodation, and clinical observations.

The event provided participants with an opportunity to exchange scientific knowledge and professional experience, explore current clinical challenges from different perspectives, and gain insights into contemporary approaches to OCD diagnosis and treatment.

The international significance of the symposium was further reinforced by the support of the International OCD Foundation (IOCDF). In addition to expressing its support for the event, the Foundation published information about the symposium on its official website and included it in its events calendar.

This support represents an important contribution to raising awareness of OCD, disseminating scientifically grounded information, and promoting access to evidence-based psychological and medical care.

Psyche Psychology Center remains committed to advancing scientific knowledge in mental health, supporting professional development, and strengthening international scientific collaboration.