← Назад
3 Aylıq Təcrübə Proqramı Məzunları (2025–2026)
Müəllif: Psyche Psychology Center |
Дата: 2026-01-31
Mərkəzimizin gənc mütəxəssislərin peşəkar hazırlığını təmin etmək və nəzəri bilikləri təcrübəyə çevirmək məqsədilə təşkil etdiyi 3 aylıq intensiv Təcrübə Proqramı uğurla başa çatmışdır.
Müvafiq seçim mərhələlərini keçərək proqrama qəbul olunan iştirakçılar, 3 ay ərzində ixtisas mövzuları üzrə strukturlaşdırılmış mühazirələrdə, praktiki seminar və keys analizlərində, roll-play-lərdə fəal iştirak etmişlər. Bu müddət ərzində onlar təkcə nəzəriyyəni mənimsəməklə kifayətlənməmiş, həm də real keyslər üzərində işləyərək peşəkar komanda işi və analitik düşüncə bacarıqlarını nümayiş etdirmişlər. İntensiv keçən proqram çərçivəsində gənc həmkarlarımız peşəkar fəaliyyətin fundamental prinsiplərini, seans idarəetməsi mexanizmlərini və sahəvi etika qaydalarını yaxından mənimsəmək imkanı əldə etmişlər. Keçirilən praktiki məşğələlər təcrübəçilərin gələcəkdə müstəqil mütəxəssis kimi fəaliyyət göstərmələrinə və sahəvi adaptasiya prosesini sürətləndirmələrinə böyük zəmin yaratmışdır. Tədris və təcrübə prosesini müvəffəqiyyətlə tamamlayaraq sertifikat almağa haqq qazanan məzunlarımızı təqdim edirik:
1. Aysu Muradlı – Bakı Dövlət Universiteti
2. Fatimə Ağayeva – Xəzər Universiteti
3. Fatimə Malikli – Bakı Dövlət Universiteti
4. Fəridə Nəzərli – Sumqayıt Dövlət Universiteti
5. Ləman Nəcəfli – Xəzər Universiteti
6. Nəcibə Abdullayeva – Xəzər Universiteti
7. Nəzrin Məmmədova – Xəzər Universiteti
8. Nurcan Mayilzadə – Xəzər Universiteti
9. Səbinə Tağıyeva – Xəzər Universiteti
10. Şəms Mirzəzadə – Xəzər Universiteti
11. Tərlan Tağıyeva – Bakı Dövlət Universiteti
Proqram müddətində nümayiş etdirdikləri yüksək akademik məsuliyyət, davamlı öyrənmək həvəsi və peşəkar etika prinsiplərinə sadiqliklərinə görə hər bir iştirakçıya dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, mərkəzimizdə keçdikləri bu intensiv hazırlıq mərhələsində qazandıqları fundamental biliklər, praktiki vərdişlər və keys analizləri onların gələcək peşəkar fəaliyyətlərində uğurlu bir zəmin yaradacaqdır. Gənc həmkarlarımıza karyera pillələrində uğurlar və yeni nailiyyətlər arzulayırıq.