Пройдите тесты, чтобы лучше понять себя и оценить своё эмоциональное состояние.
Rosenberg Özünəqiymətləndirmə Şkalası (RSES) insanın özü haqqında ümumi qiymətləndirməsini və özünə münasibətini qiymətləndirmək üçün istifadə olunan 10 maddəlik özünüqiymətləndirmə şkalasıdır. Mənbə: Rosenberg, M. (1965). Society and the Adolescent Self-Image. Princeton University Press. Şkalanın istifadəsi, tərcüməsi və adaptasiyası haqqında məlumat: University of Maryland, Department of Sociology.
Пройти тестGeneralizə Olunmuş Təşviş Pozuntusu Şkalası (GAD-7), insanlarda son dövrlərdə yaşanan həddindən artıq və nəzarət edilməsi çətin olan narahatlıq və təşviş əlamətlərinin səviyyəsini qiymətləndirmək üçün istifadə olunan qısa özünüqiymətləndirmə şkalasıdır. Qeyd: Bu test birbaşa tibbi diaqnoz qoymur, yalnız narahatlığın şiddətini ölçmək və zərurət olduqda mütəxəssisə müraciət etmək üçün istiqamət verir.
Пройти тестBorderline Şəxsiyyət Pozuntusu Testi, borderline şəxsiyyət xüsusiyyətlərini qiymətləndirən 51 maddədən ibarət inventardır. Suallar “Doğru” və “Yanlış” cavab variantları ilə cavablandırılır.
Пройти тестLiebowitz Sosial Fobiya Simptomları Şkalası (LSAS) sosial vəziyyətlər və performans tələb edən situasiyalar zamanı şəxsin yaşadığı qorxu/narahatlıq və qaçınma davranışlarını qiymətləndirmək üçün istifadə olunur. Şkala 24 situasiyadan ibarətdir. Hər situasiya iki ayrı göstərici üzrə qiymətləndirilir: Qorxu/narahatlıq: 0–3 bal Qaçınma: 0–3 bal Şəxs əvvəlcə həmin vəziyyətin onda nə qədər qorxu və ya narahatlıq yaratdığını, daha sonra isə həmin vəziyyətdən nə dərəcədə qaçdığını qiymətləndirir. Qorxu/narahatlıq: 0 — Heç yoxdur 1 — Yüngül 2 — Orta 3 — Güclü Qaçınma: 0 — Heç vaxt 1 — Bəzən 2 — Çox vaxt 3 — Demək olar ki, həmişə
Пройти тестTest obsessiv düşüncələr və kompulsiv davranışlarla bağlı simptomların nə dərəcədə ifadə olunduğunu müəyyənləşdirməyə kömək edir. Nəticələr diaqnoz qoymaq üçün deyil, simptomların ilkin qiymətləndirilməsi və mütəxəssisə müraciət ehtiyacının müəyyənləşdirilməsi üçün istifadə olunur.
Пройти тестSon bir həftə ərzində, sizi narahat edən dərəcədə aşağıdakı halları yaşayıb-yaşamadığınızı qiymətləndirin.
Пройти тестПрочитайте приведённые ниже утверждения и выберите вариант, который лучше всего описывает ваше самочувствие в течение последней недели, включая сегодняшний день. Если вам подходят несколько вариантов, отметьте наиболее точный.
Пройти тест