International OCD Foundation (IOCDF) Psyche Psixologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Obsessiv-Kompulsiv Pozuntu: Diaqnostika və Müalicəyə Multidissiplinar Yanaşma” (“Obsessive-Compulsive Disorder: A Multidisciplinary Approach to Diagnosis and Treatment”) adlı elmi simpoziuma dəstəyini ifadə etdi.
Fondun Psyche Psixologiya Mərkəzinə ünvanladığı dəstək məktubunda simpoziumun obsessiv-kompulsiv pozuntu (OKP) haqqında maarifləndirmənin artırılması, ictimaiyyətin pozuntu ilə bağlı məlumatlılığının yüksəldilməsi və elmi sübutlara əsaslanan diaqnostika və müalicəyə çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
International OCD Foundation simpoziuma göstərdiyi dəstəyi öz rəsmi internet resurslarında da işıqlandırdı və tədbiri təşkilatın rəsmi OKP tədbirləri təqviminə daxil etdi. Bu, simpoziumun beynəlxalq səviyyədə tanıdılması və OKP sahəsində maarifləndirmə təşəbbüslərinin daha geniş auditoriyaya çatdırılması baxımından əhəmiyyətli addım oldu.
Fondun dəstək məktubunda müxtəlif ixtisas və peşə sahələrinin bir araya gəlməsinin OKP-dən təsirlənən şəxslərin diaqnostika və müalicə prosesində daha əhatəli dəstək almalarına töhfə verdiyi qeyd edildi. Bu yanaşma pozuntunun daha yaxşı anlaşılması, mütəxəssislər arasında əməkdaşlığın gücləndirilməsi və sübuta əsaslanan müalicə metodlarının təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Simpozium çərçivəsində OKP-nin diaqnostikası və müalicəsinə multidissiplinar yanaşma, müasir elmi biliklər və müxtəlif sahə mütəxəssisləri arasında əməkdaşlığın əhəmiyyəti diqqət mərkəzində oldu.
Psyche Psixologiya Mərkəzi International OCD Foundation tərəfindən göstərilən beynəlxalq dəstəyi yüksək qiymətləndirir. Bu dəstək OKP haqqında məlumatlılığın artırılması, elmi sübutlara əsaslanan yanaşmaların təşviqi və pozuntudan təsirlənən şəxslərin keyfiyyətli psixoloji və tibbi yardıma çıxışının genişləndirilməsi istiqamətində ortaq məqsədlərin əhəmiyyətini bir daha vurğuladı.
The International OCD Foundation (IOCDF) expressed its support for the scientific symposium titled “Obsessive-Compulsive Disorder: A Multidisciplinary Approach to Diagnosis and Treatment,” organized by Psyche Psychology Center and held on October 25, 2026.
In a letter of support addressed to Psyche Psychology Center, the Foundation highlighted the importance of the symposium in raising awareness of obsessive-compulsive disorder (OCD), improving public understanding of the condition, and expanding access to evidence-based diagnosis and treatment.
The International OCD Foundation also published information about the symposium on its official website and included the event in its official events calendar. This represented an important step toward increasing the symposium’s international visibility and reaching a broader audience with initiatives aimed at raising awareness of OCD.
In its letter, the Foundation emphasized that bringing together professionals from different disciplines contributes to ensuring that individuals affected by OCD receive more comprehensive support throughout the diagnostic and treatment process.
The symposium focused on the diagnosis of OCD, its neurobiological foundations, pharmacological and psychotherapeutic treatment approaches, and the importance of collaboration among professionals from different fields.
Psyche Psychology Center highly values the international support provided by the International OCD Foundation. This support further underscored the shared commitment to raising awareness of OCD and promoting evidence-based approaches to its diagnosis and treatment